Gürcüstan milli komandasının sabiq baş məşqçisi Temuri Ketsbaya gələn mövsüm Rusiya I Divizionunda çıxış edəcək "Orenburq" klubu ilə müqavilə bağlayıb.
Sportnet.az-n məlumatına görə, 49 yaşlı mütəxəssisin qarşısına komandanı Premyer Liqaya qaytarmaq vəzifəsi qoyulub.
Buna nail olacağı təqdirdə, Ketsbayanın anlaşması daha bir il uzadılacaq.
Qeyd edək ki, Temuri Ketsbaya Gürcüstan yığmasına 2009 - 2014-cü illərdə rəhbərlik edib.