
İspaniyanın "Real Madrid" klubunun keçmiş futbolçusu və idman direktoru Predraq Miyatoviç 190 min avro məbləğində vergidən yayınmaqda ittiham olunur. Sportnet.az-ın "El Confidencial"a istinadən verdiyi məlumata görə, Madridin iqtisadi cinayətkarlıqla mübarizə üzrə prokurorluğu məhkəməyə müraciət edib.
Miyatoviç 2011-ci ildə fırıldaqçılığa yol verməkdə şübhəli bilinir. O, həmin vaxt İtaliya "Fiorentina"sında çıxış edib. Serbiyalı sabiq hücumçu "Real Madrid" formasını 1996 - 1999-cu illərdə geyinib. Bu müddətdə forvard İspaniya çempionluğu, Çempionlar Liqası, İspaniya Super Kuboku və Qitələrarası Kuboku qazanıb. O, 2006 - 2009-cu illərdə Madrid komandasının direktoru kimi çalışıb.
Qeyd edək ki, daha əvvəl Kriştianu Ronaldu, Radamel Falkao, Lionel Messi də belə ittihamlarla üz-üzə qalıb.