"Karabakh Vienna”nın uğurları bizi daha böyük işlərə həvəsləndirir. Klubun qazandığı qələbələr Azərbaycanla Avstriya arasında dostluğu möhkəmləndirir. Üstəlik, futbolumuz üçün yeni perspektivlər yaradır”.
Sportnet.az xəbər verir ki, bunu başa çatan mövsümdə Avstriyanın Stadt Liqasında çempion olan "Karabakh Vienna” klubunun təsisçisi və idarə heyətinin rəhbəri Orxan Vəliyev deyib.
Avstriya Dövlət İqtisad Universitetinin məzunu olan həmyerlimiz həm də futbol azarkeşidir. O, klubun mətbuat xidmətinə açıqlamasında əsas məqsədlərinin azərbaycanlı futbolçuların Avstriya komadasına transfer olması olduğunu söyləyib: "Bu, həqiqətən də çox gözəl başlanğıc olar. Belə olan halda "Karabakh Vienna” meydanda da Azərbaycan çalarını qazanacaq. Həmçinin yerli futbolçular xaricdə çıxış edərək, beynəlxalq təcrübə əldə edəcəklər. "Karabakh Vienna” yeni mövsümdə də azarkeşlərini sevindirmək üçün uğurlu çıxışını davam etdirməyə çalışacaq”.
Yeri gəlmişkən, inkişaf üçün vacib faktor sayılan baza problemi artıq həll olunub. Komanda ev oyunlarını bazasında – "Karabakh Vienna” da keçirir. Klubun əsas oyunçuları ilə yanaşı, aşağı yaş qruplarından ibarət komandası da fəaliyyət göstərir.
"Karabakh Vienna”ya Azərbaycanda olan böyük marağı nəzərə alaraq klub yaxınlarda Bakıda fan-klub açmağı planlaşdırır.