
Slovakiya prezidenti Andrey Kiska Azərbaycan millisinin futbolçusu Ramil Şeydayevin də çıxış etdiyi "Jilina” klubunun üzvlərini qəbul edib.
Sportnet.az-ın Slovakiya prezidentinin rəsmi saytına istinadən məlumatına görə, Şeydayevin də qatıldığı görüşdə ölkə başçısı ötən mövsüm Slovakiya çempionu olan "Jilina”nı təbrik edib, onlara avrokuboklarda uğurlar arzulayıb.
Qeyd edək ki, "Jilina” Çempionlar Liqasının II təsnifat mərhələsində Danimarka "Kopenhagen”i ilə qarşılaşacaq.