
Avstriyada təlim-məşq toplanışında olan "Qəbələ"nin daha bir rəqibi müəyyənləşib. Sportnet.az-ın məlumatına görə, Roman Qriqorçukun başçılıq etdiyi komanda "Dinamo"(Kiyev) və "Lints"lə matçdan sonra "Utrext"lə də qarşılaşa bilər. İyulun 8-də "Dinamo" ilə qarşılaşmalı olan "Utrext" matç baş tutmayacağından həmin gün üçün rəqib axtarışına çıxıb. Məhz iyulun 8-də Hollandiya təmsilçisi "Qəbələ"ni sınağa çəlmək istəyir.