İngiltərənin "Çelsi” klubu futbolçusu Temmi Abraxamla müqaviləni yeniləyib. Sportnet.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, 19 yaşlı hücumçunun yeni müqavilə müddəti 2022-ci ilə qədərdir. London klubu gənc forvardla müqavilənin ardından onu "Suonsi”yə 1 illik icarəyə verib.
Qeyd edək ki, Abraxam ötən mövsüm icarə əsasında "Bristol Siti”də oynayıb.