1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Minskdə Avropa Oyunları adına futbol matçı
Minskdə səfərdə olan azərbaycanlı idman jurnalistləri bu gün belaruslu həmkarları ilə futbol matçında üz-üzə gəlib.
Sportnet.az-ın məlumatına görə, "Minsk-2019" II Avropa Oyunlarına dəstək məqsədilə təşkil olunmuş görüş Belarus Futbol Federasiyaları Assosiasiyasına (ABFF) məxsus çoxsaylı futbol meydanlarından birində baş tutub.
Oyundan əvvəl komandaların kapitanları bir-birinə xatirə hədiyyələri veriblər. ABFF-in mətbuat katibi Andrey Oleynikə "Bakı 2015" I Avropa Oyunları və "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarının medallarının surəti, eləcə də Formula 1 üzrə Azərbaycan Qran Prisinə həsr olunan köynəklər təqdim olunub.
Görüş isə 2:2 hesablı heç-heçə ilə yekunlaşıb. Azərbaycan komandasından qolları Erkin İbrahimov və Gündüz Abbaszadə vurub.
Qeyd edək ki, səfər Gənclər və İdman Nazirliyinin dəstəyi ilə təşkil olunub.