Çempionlar Liqasının ikinci təsnifat mərhələsində "Qarabağ”ın rəqibi olan "Samtredia” bu gün Bakıya gəlib. Sportnet.az-ın məlumatına görə, paytaxtdakı 4 ulduzlu otellərdən birində məskunlaşan Gürcüstan təmsilçisi bu gün "Azərsun Arena”da məşqə çıxacaq. Sabah isə komandanın Respublika stadionunda məşqi nəzərdə tutulub.
Qeyd edək ki, "Qarabağ” – "Samtredia” oyunu iyulun 11-i, saat 21.00-da başlayacaq.