"Ayaks”ın yarımmüdafiəçisi hələ də koma vəziyyətindədir. Sportnet.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Abdelhak Nuri hələ ki, komadan ayıla bilməyib. Həkim nəzarətində olan Nurinin ölüm təhlükəsi davam edir.
Qeyd edək ki, Nuri "Ayaks” və "Verder” klubları arasında keçirilən yoxlama görüşü zamanı vəziyyəti pisləşmişdi.