1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Qara Qarayev: "Qışqır-bağır salırdılar" - MÜSAHİBƏ
"Qarabağ"ın futbolçusu Qara Qarayev Gürcüstan "Samtredia"sını 5:0 hesabı ilə yendikləri Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk görüşündən sonra jurnalistlərin suallarını cavablandırıb. Sportnet.az həmin müsahibəni təqdim edir...
- Böyük hesablı qələbədən sonra cavab görüşü barədə nə düşünürsünüz?
- İki oyunun yekununda yaxşı nəticə əldə etmək istəyirdik. İlk görüşdə istədiyimiz nəticəni göstərdik. Amma səfərdə bizi rahat qarşılaşmanın gözlədiyini düşünmürəm. Daha aqressiv, daha sərt oyun sərgiləyəcəklər. Cavab matçının nəticə yox, oyun baxımından bizim üçün bundan da ağır keçəcəyini düşünürəm.
- Oyunun əvvəllərində sanki rəqib basqı edir, kobud oyuna yol verirdi. Bu, sizi təxribata çəkmək istəyi ilə bağlı idi?
- Yəqin ki, bizi yaxşı analiz etmişdilər. Daha çox fərdi oyuna üstünlük verirdilər. Qollar oyunumuzu daha da yaxşılaşdırdı. Bizdə də çatışmazlıqlar var. Rəqib qollar buraxdıqca həvəsdən düşdü. Biz isə əksinə, daha da həvəsləndik. Bu da komandamız üçün daha yaxşı oyun və nəticəyə gətirib çıxardı. Rəqibin heyətində xarakterli oyunçular var idi: istər orta xətdə, istərsə də hücumda. Məğlub olmaq istəmirdilər. Meydanda daha çox qışqır-bağır salırdılar. Bu da onların xarakterli olmalarından irəli gəlir. Yəni, uduzmağı qəbul etmirdilər. Fikrimcə, cavab görüşünə daha ciddi hazırlaşmalıyıq.
- Yeni transferlər barədə nə deyə bilərsən?
- Həm Yakub Jezniçak, həm də Donald Gerryer komandamıza daha tez uyğunlaşıblar. Onlar növbəti oyunlarda daha yaxşı formada olacaqlar. Hər biri öz klublarında və çempionatlarında sözlərini demiş futbolçulardır. Qalır uğurlu karyeralarını burada davam etdirmək. İnanıram ki, "Qarabağ"da da layiqincə çıxış edəcəklər.
- Oyundan əvvəl "Qarabağ"la bağlı narahatlıqlar var idi. Böyük hesabla qalib gəlsəniz də, yenə oyun planında çatışmazlıqlar var idi...
- Sözsüz. İtkilərimiz də var. Riçard Almeyda zədədən yeni qayıdıb, Dani Kintana hələ bərpa dövrünü keçir. Bunlar bizə problemlər yaradır. Yoldaşlıq oyunları haqda danışmaq istəməzdim. Çünki əksər yoldaşlıq oyunlarında uğursuzluqla üzləşmişik. Amma bunlardan nəticə çıxarmışıq və uğuru necə əldə etməyi öyrənmişik. Bu oyunlar ab-hava, doğma azarkeşlər önündə keçirilməsi səbəbindən daha fərqli motivasiya ilə çıxış edirik. Düşünürəm ki, bu amil də bizi qarşıdakı oyunlara daha yaxşı köklənməyə gətirib çıxaracaq.