
Türkiyə təhlükəsizlik qüvvələri ölkənin dörd vilayətində keçirilən əməliyyat zamanı PKK terror təşkilatının 44 üzvünü saxlayıb.
Sportnet.az-ın məlumatına görə, saxlanılanlar arasında 2016-cı ilin dekabrında İstanbulda "Vodafone Arena" stadionu yaxınlığında törədilmiş terror aktının təşkilatçısı da var.
Bu barədə İstanbul valisi Vasip Şahin "CNN Turk" telekanalının efirində bildirib.
Xatırladaq ki, 2016-cı ilin dekabr ayında "Beşiktaş" və "Bursaspor" komandaları arasındakı futbol matçının bitməsindən saat yarım sonra oyunun keçirildiyin "Vodafone Arena" yaxınlığında bomba yüklü avtomobil partlayıb.
İkiqat bombalı hücum nəticəsində 44 nəfər, o cümlədən 38 polis əməkdaşı həlak olub.
Hücuma görə məsuliyyəti üzərinə "Kürdüstan azadlıq quzğunları" kürd radikal qruplaşması götürüb. (Report)