1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Qurban Qurbanov: "Penaltilərə hazırlaşmamışıq"
"Sabahkı oyunda şansları bərabər sayıram. Hər iki komanda üçün bu qarşılaşma böyük fürsətdir, çünki mərhələ keçəcək komanda ən azından Avropa Liqasının qrup mərhələsinə vəsiqəni təmin edir. Ona görə də bizi çətin və maraqlı mübarizə gözləyir".
Sportnet.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Moldovada "Şerif"lə keçirəcəkləri Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab görüşündən əvvəl mətbuat konfransında deyib. 45 yaşlı mütəxəssis Tiraspol təmsilçisini bir neçə oyun üslubundan yararlanan olduqca təhlükəli və yüksək səviyyəli komanda kimi dəyərləndirib.
Qurbanov penaltilər seriyasına xüsusi hazırlaşmadıqlarını bildirib: "Düzdür, penaltilər futbolun bir hissəsidir və bu oyun da penaltilər seriyasına qədər uzana bilər. Ancaq əsasən futbolçuları psixoloji cəhətdən ilk dəqiqələrdən oyuna köklənməyə çalışmışıq”.
Qeyd edək ki, avqustun 1-də "Şerif Arena"da keçiriləcək oyun Bakı vaxtı ilə saat 21:00-da başlanacaq. İlk görüş qolsuz yekunlaşıb. Cavab oyununun əsas və əlavə vaxtında hesab açılmasa, qalib penaltilər seriyasında müəyyənləşəcək. İstənilən hesablı qollu heç-heçə isə "Qarabağ"ı Çempionlar Liqasının "pley-off" mərhələsinə çıxaracaq.