2017/2018 mövsümündə futbol üzrə Azərbaycan I Divizionunda 12 komanda mübarizə aparacaq.
Sportnet.az-ın məlumatına görə, bu barədə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev məlumat verib. O, bildirib ki, çempionata yalnız bank zəmanət məktubu təqdim edən klublar buraxılacaq.
Qeyd edək ki, ötən mövsüm Azərbaycan I divizionunda 14 komanda – "Səbail”, "Turan Tovuz”, "Ağsu”, "Qaradağ Lökbatan”, "Zaqatala”, "Şəmkir”, "Mil-Muğan”, MOİK, "Şahdağ”, "Şərurspor”,"Energetik”, "Bakılı”, "Rəvan” və "Göyəzən” mübarizə aparıb.