1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
UEFA Superkuboku sahibini tapdı - YENİLƏNDİ
Bu gün UEFA Super Kuboku uğrunda oyun keçiriləcək.
Sportnet.az xəbər verir ki, ötən mövsüm Çempionlar Liqasının qalibi olan İspaniya təmsilçisi "Real Madrid”lə Avropa Liqasında uğur qazanan İngiltərənin "Mançester Yunayted” komandası Makedoniyada üz-üzə gələcəklər.
Paytaxt Skopyedə baş tutacaq matçı italiyalı referi Canluka Rokki idarə edəcək.
Hazırda "Mançester Yunayted"ə rəhbərlik edən Joze Mourinyo 2010 - 2013-cü illərdə "Real Madrid"in baş məşqçisi olub. "Kral klubu"nun forvardı Kriştianu Ronaldu isə bunadək "qırmızı-şeytanlar"ın şərəfini qoruyub.
Qeyd edək ki, "Real Madrid” bunadək 3 dəfə (2002, 2014, 2016) UEFA Super Kubokunu qazanıb, 2 dəfə (1998, 2000) isə həlledici qarşılaşmada uduzub. İkinci dəfə kubok muzeyinə aparmaq üçün meydana çıxacaq "Mançester Yunayted” isə buna 26 il əvvəl nail olub (1991, 1999, 2008).
UEFA Super Kuboku
8 avqust
22:45. "Real” (Madrid, İspaniya) – "Mançester Yunayted” (İngiltərə) - 2:1
Baş hakim: Canluka Rokki
Baş hakimin köməkçiləri: Elenito Di Liberatore, Mauro Tonolini
Əlavə hakim köməkçiləri: David Massa, Massimiliano İrrati
Ehtiyat hakim: Rikkardo Di Fiore (hamısı İtaliya)
Dördüncü hakim: Klement Turpin (Fransa)
UEFA nümayəndəsi: Marko Kasaqrande (Finlandiya)
Makedoniya, Skopye. II Filip stadionu.