Azərbaycan millisinin sabiq futbolçusu Bəxtiyar Soltanov 2017/18 mövsümündən etibarən "Binə"nin formasını geyinəcək.
Sportnet.az xəbər verir ki, 28 yaşlı müdafiəçi I Divizionda debüt edəcək klubla rəsmi müqaviləyə imza atıb.
Qeyd edək ki, Soltanov daha öncə "Bakı", "Qarabağ" "Kəpəz" və "Qəbələ"nin şərəfini qoruyub.








































































