Futbol üzrə Ukrayna çempionatının II divizionunda qəribə hadisə baş verib.
Sportnet.az-ın məlumatına görə, V tur çərçivəsində keçirilən "Enerqiya” – "Mir” görüşünün 82-ci dəqiqəsinə baş hakim Pavel Salnikov qonaqların qapısına penalti təyin edib.
Meydan sahiblərinin kapitanı Roman Boçak 11 metrlik zəribəni dəqiq yerinə yetirib və hesabı bərabərləşdirib – 3:3. Lakin referi yan xətt hakimi ilə məsləhətləşdikdən sonra qolu saymayıb və "Mir”in lehinə sərbəst zərbə qərarı verib.
Yerli mətbuat olayı "penaltinin sirli şəkildə yox çıxması” adlandırıb.
Qeyd edək ki, oyun "Mir”in 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
]