1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Rauf Əliyev "Kəpəz"ə, "Sumqayıt"a keçməyib ki..." - MÜSAHİBƏ
"İnter"in futbolçusu Tərlan Quliyev səfərdə "Qarabağ"a 0:1 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının II tur matçından sonra brifinq keçirib. Sportnet.az 25 yaşlı müdafiəçinin müsahibəsini təqdim edir...
- Oyunun sonlarında top buraxaraq, uduzdunuz. Matçla bağlı hansı düşüncədəsiniz?
- Vəziyyətimiz hamıya məlumdur. Çox çətinliklərimiz var. 0:1 hesablı məğlubiyyət bizim üçün qənaətbəxşdir. Oyunun sonlarında yorğunluq öz sözünü dedi, buna görə də fikrimizi toplaya bilmədik. Adi bir səhvdən qapımızda qol gördük.
- Matçın sonlarına yaxın baş məqşçiniz bir neçə futbolçunu meydana buraxdı. Səncə, qol buraxmağınızda sonradan oyuna girən futbolçuların təsiri oldu?
- Əslində, mən düşünürəm ki, əvəzetmələr daha tez olmalı idi. Çünki komanda çox yorulmuşdu. Mən özüm də dedim ki, artıq əvəzetmənin vaxtıdır. Çünki çox oyunçumuz meydanda gəzirdi. Bizdə ehtiyatdakı futbolçuların çoxu gəncdir.
- Oyunun gedişində tez-tez hakimə etiraz edirdin. Nə baş verirdi?
- Elə bir epizod oldu ki, Əfran İsmayılov bilmədən ayağıma vurdu. Hakim də mənə deyir ki, dur ayağa, heç nə yoxdur. Mən də ona etiraz edirdim. Belə yüngülvari bir vəziyyət idi.
- Sabiq komandan "Qarabağ”a qarşı oynadın. Bu oyun sənin üçün xüsusi bir məna kəsb edirdi?
- Xeyr. Mən 3 ilə yaxındır ki, "Qarabağ”dan ayrılmışam. Dediyiniz kimi bir şey yoxdur.
- Oyundan sonra Rahid Əmirquliyev müsahibəsində dedi ki, "İnter” bu heyətlə hətta çempionluğu da oynaya bilər...
- Yox. Rahid sadəcə, bizim haqda yüksək fikir söyləyir. Reallıq budur ki, bürünc medallara oynasaq, böyük şeydi. Çempionluq çox çətindir.
- Demək olarmı ki, bir az da bəxtiniz gətirmədi. Çünki "İnter” ilk 2 turda "Qarabağ” və "Qəbələ” ilə qarşılaşdı...
- Mənim başım çıxmadı ki, niyə belə oldu. Püşkatma mənə qəribə gəldi. İlk iki tur ən güclü komandalarla qarşılaşdıq. Bu da haqsızlıqdır.
- Fikrincə, bu heyətlə "İnter” qışa fasiləsinə qədər dözə biləcək?
- Qışa qədər dözə bilsək, çempion olmasaq da, çempionluğa layiqik (gülür).
- Sabiq komanda yoldaşın Rauf Əliyevin "Kukesi”yə keçməsi barədə nə düşünürsən?
- Rauf belə bir vəziyyətdə çıxıb getsə belə, mən onun gedişinə sevinirəm. Çünki o da futbolçudu, oynamaq istəyir. Klubdakı problemlər ona maraqlı olmamalıdır. Həm də xaricə getdi. "Sumqayıt”a, "Kəpəz”ə keçmədi ki.
- Komandada maddi problemlər qalıb?
- Bir balaca, 2 aylıq maaşımızı almamışıq.
- "Mladost” üzərində qələbələrə görə mükafat vəd edilmişdi. Bu mükafatları ala bildiniz?
- Xeyr, hələ də söz olaraq qalıb. Artıq mən öyrəşmişəm belə şeylərə (gülür). "Neftçi”də oynayanda da belə hallar çox olurdu.