1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
“Neftçi”dən antirekord
Azərbaycan çempionatlarının daimi iştirakçısı olan iki klubdan biri "Neftçi” antirekorda imza atıb.
Sportnet.az xəbər verir ki, Bakı klubu mövsümün startında ardıcıl iki məğlubiyyət alıb. Elxan Abdullayevin yetirmələri ilk turda "Qarabağ”a 1:3, ardınca "Səbail”ə 0:1 hesabı ilə uduzub.
Bu, "ağ-qaralar”ın Azərbaycan çempionatları tarixində ən uğursuz startıdır. "Neftçi” 26-cı mövsümdür çıxış etdiyi yarışın tarixində startda 2-dən artıq məğlubiyyət almayıb. İndiyədək yalnız 1 dəfə ilk iki oyunu uduzan bakılılar 2008/09 mövsümündəki uğursuzluğu yaşayıb.
İkinci dəfə çempionata 2 məğlubiyyətlə başlayan "Neftçi” 9 il əvvəl daha yaxşı top fərqinə malik idi. Həmin vaxt "Neftçi” "Standard” və "Bakı” ilə görüşlərin ikisində də 0:1-ə üzülmüşdü. III turda isə "ağ-qaralar” "Qəbələ”ni eyni hesabla udub, seriyaya son qoymuşdu.
Qeyd edək ki, Elxan Abdullayev bu gün postundan istefa verib.