İngiltərənin "Mançester Siti” klubunun futbolçusu Samir Nəsri karyerasını Türkiyə "Antalyaspor”unda davam etdirəcək.
Sportnet.az-ın Superliqa təmsilçisinin rəsmi saytına istinadən verdiyi məlumata görə, 30 yaşlı yarımmüdafiəçi ilə iki illik müqavilə bağlanılıb.
Fransalı futbolçunun illik 4 milyon avro məvacib alacağı bildirilir.
Qeyd edək ki, Samir Nəsri 2011-ci ilin avqustunda 22 milyon funt sterlinq qarşılığında London "Arsenal”ından "Mançester Siti”yə keçib. O, ötən mövsüm icarə əsasında İspaniyanın "Sevilya” komandasının formasını geyinib və 23 matçda 2 qol vurub.