1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Qarabağ"a qol vuran futbolçu 3 aylıq sıradan çıxdı
Çempionlar Liqasının (ÇL) "pley-off” mərhələsində "Qarabağ”la cavab matçı zamanı xəsarət alan Danimarka "Kopenhagen”inin futbolçusu Federiko Santanderin zədəsinin ciddi olduğu müəyyənləşib.
Sportnet.az paytaxt klubunun rəsmi saytına istinadən xəbər verir ki, zədələndiyi üçün 70-ci dəqiqədə Pyeros Sotiryu ilə əvəzlənən 26 yaşlı hücumçunun 3 ay meydana çıxa bilməyəcəyi bəlli olub.
Topuq nayihəsində qırıq aşkarlanan paraqvaylı forvardın əməliyyat olunub-oyunmayacağına yaxın günlərdə keçiriləcək təkrar müayindən sonra qərar veriləcək.
Qeyd edək ki, Bakıda baş tutmuş ilk qarşılaşmada 1:0 hesabı ilə qalib gələn "Qarabağ” rəqib meydanında 1:2 uduzsa da, səfər qolu sayəsində ÇL-in qrup mərhələsinə vəsiqə qazanıb. Danimarkadakı görüşdə hesabı məhz Santander açıb. O, 45-ci dəqiqədə fərqlənib.