1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Roma"nın baş məşqçisi: "Qarabağ"ı qiymətləndirməmək olmaz"
İtaliyanın "Roma" klubunun baş məşqçisi Eusebio Di Françesko Çempionlar Liqasında düşdükləri qrupu dəyərləndirib.
Sportnet.az-ın məlumatına görə, 48 yaşlı mütəxəssis İngiltərənin "Çelsi" və İspaniyanın "Atletiko" komandaları kimi önəmli rəqiblərlə qarşılaşacaqlarını bildirib. "Atletiko"nun son 4 ildə 2 dəfə finalda oynadığını xatırladan italiyalı baş məşqçi madridlilərin sabit çıxışa öyrəndiklərini vurğulayıb: "Onlar gözəl oynamaya bilərlər. Lakin həmişə kollektiv oyun sayəsində nəticə əldə edirlər. "Atletiko"nun daha bir üstünlüyü futbolçuların uzun müddətdir Dieqo Simeonenin rəhbərliyi altında oynamalarıdır".
"Çelsi"nin bu mövsüm çox güclü təsir bağışladığını deyən təcrübəli mütəxəssis "Onların Antonio Konte kimi yüksək səviyyəli və yaxşı tanıdığım baş məşqçisi, əla futbolçuları var. Bu yay Alvaro Morata ilə gücləniblər" söyləyib.
Bununla yanaşı, Di Françesko "Qarabağ"ı kənarda saxlamağı düzgün saymayıb: "Bu komandanı da qiymətləndirməmək olmaz. Hər zaman bütün rəqiblərə hörmətlə yanaşmalıyıq".
Qeyd edək ki, qrup mərhələsinə 12-13 sentyabrda start veriləcək.