1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Yenə "Qarabağ"ın London klubu ilə oyununda - VİDEO
Yunanıstanlı referi Anastasios Sidiropulos karyerasında ikinci dəfə "Qarabağ"ın oyununa təyinat alıb. Sportnet.az-ın məlumatına görə, 38 yaşlı baş hakim yenə İngiltərə paytaxtını təmsil edən komanda ilə görüşdə iş başında olacaq.
Bu dəfə rəqib "Tottenhem" yox, "Çelsi" olacaq. İlk dəfə Sidiropulos 2015-ci il noyabrın 26-da Ağdam komandasının qarşılaşmasını idarə edib. Həmin gün Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda keçirilmiş Avropa Liqasının qrup mərhələsinin V tur görüşündə "Tottenhem" 1:0 hesabı ilə qalib gəlib. Həmin görüşdə Sidiropulos Riçard Almeyda (dəq. 44) və Qara Qarayevə (dəq. 88) sarı vərəqə göstərib. Yeganə qolu isə 78-ci dəqiqədə Harri Keyn vurub.
2013-cü ilin iyunundan 1-ci kateqoriyalı FİFA referiləri siyahısına daxil edilmiş Sidiropulos 2014-2015 mövsümündən Çempionlar Liqasının qrup mərhələsinin oyunlarına təyinat alır. O, indiyədək idarə etdiyi 53 qarşılaşmada komandalara 222 sarı (ev sahiblərinə 113, qonaqlara 109), 12 qırmızı (5+7) vərəqə göstərib, qapılara 15 (7+8) penalti təyin edib.
Qeyd edək ki, sentyabrın 12-də İngiltərənin paytaxtı Londondakı "Stemford Bric" stadionunda keçiriləcək "Çelsi" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 22:45-də başlanacaq.