İtaliya A Seriyasının 4-cü turu çərçivəsində bu gün bir neçə görüş keçirilib.
Sportnet.az-ın məlumatına görə, "Qarabağ"ın Çempionlar Liqasındakı rəqibi "Roma" öz meydanında "Verona" ilə qarşılaşıb. Görüş "Roma"nın 3:0 hesablı qələbəsi ilə başa çatıb. Oyunda hesabı 22-ci dəqiqədə Radya Nainqolan açıb. Digər qolları isə 34 və 61-ci dəqiqələrdə Edin Zeko vurub.
Qeyd edək ki, "Roma" sentyabrın 27-də Bakıda "Qarabağ"la qarşılaşacaq.