"Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsinin ilk ev oyununda qarşılaşacağı "Roma” ilə oyuna satılan bilet sayı 58 000-ə çatıb.
Sportnet.az-ın Ağdam klubunun rəsmi saytına istinadən məlumatına görə, satışda yalnız 2 manatlıq biletlər qalıb.
Şatış məntəqələri:
Asan Xidmət Mərkəzləri
Heydər Əliyev Sarayını kassası
28 Mall
Gənclik Mall
Park Bulvar (Qarabağ FK Fanshop)
M.Rəsulzadə 3 (Azərb. k/t yaxınlığı)
Bül-bül prospekti, Nizami küç. (Nizami k/t yaxınlığı)
Üzeyir Hacıbəyov küç.69x (Hökümət evinin arxası)
Qeyd edək ki, sentyabrın 27-də Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ” - "Roma” matçı saat 20:00-da start götürəcək.








































































