
AFFA-nın Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri Könül Mehtiyeva növbəti təyinat alıb.
Sportnet.az-ın məlumatına görə, Mehtiyeva 17 yaşadək qızlardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin 10-cu qrupunun oyunları ilə əlaqədar Portuqaliyaya yollanacaq. O, sentyabrın 25-dən oktyabrın 1-dək keçiriləcək matçlarda UEFA nümayəndəsi olacaq.
Bu qrupda Portuqaliya, Avstriya, Gürcüstan və Şimali İrlandiya yığmaları mübarizə aparacaq.