"Xüsusən oyunun başlanğıcı ağır oldu. İlk dəqiqələrdən rəqib nəyə qadir olduğunu göstərdi. Amma 0:2-dən sonra futbolçularımız daha diqqətli olmağa və rəqibi tanımağa başladılar. İlk oyunda nəticə sarıdan məğlub olsaq da, hamının oyundan zövq almasına çalışdıq. Rəqib layiqli qələbə qazandı". 
Sportnet.az-ın məlumatına görə, bunu "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov Bakıda İtaliya "Roma"sına 1:2 hesabı ilə yenildikləri Çempionlar Liqasının II tur matçından sonra deyib. 
Jurnalistlərin sualları olmadığı üçün 45 yaşlı mütəxəssisin mətbuat konfransı erkən yekunlaşıb.
-  









                 





    
    
    
    
    
    
    
    






















































