"Yağışa baxmayaraq, möhtəşəm enerji vardı. Təxminən 55 min azarkeş gəlmişdi. Rəqib ilk dəqiqlərdə buraxdığımız kobud səhvləri bağışlamadı".
O, bildirib ki, "Qarabağ" hesabı 1:2 etdikdən sonra oyunda ab-hava dəyişib: "Bundan sonra rəqib bizdən çəkindi. Bu gün çox yaxşı mübarizə aparan qeyrətli bir komanda gördüm. Çox möhtəşəm oyun oldu. Bütün dünyanın gözü burda idi. Bura ÇL-dir, Avroliqa deyil. Nəhənglərin yarışıdır. Stadiondan qürur hissi ilə ayrılıram. Ən azı heç-heçə olmalı idi".
T.Gözəl deyib ki, evdə geniş azarkeş kütləsi qarşısında oynamaq böyük üstünlükdür: "Hesab 0:2 olanda gözüm "Qarabağ"da idi. Baxırdım görüm ab-hava pozulacaqmı. Gördüm ki, özlərin itirmədilər, içim rahatladı. Bildim ki, komandamız rəqibin cavabını verəcək. Vətəndə oynamağın böyük üstünlüyü var. Yaxşı mübarizəyə görə kollektivə təşəkkür edirəm".