İngiltərənin "Nyukasl” klubu satışa çıxarılıb. Sportnet.az-ın məlumatına görə, bu qərarı klub prezidenti Mayk Eşli qəbul edib. Buna 50 yaşlı iş adamının, həm də Şotlandiyanın "Reyncers” klubuna sahib olması səbəb olub. UEFA-nın qaydalarına görə, bir şəxs avrokuboklara çıxmaq şansı olan 2 və daha artıq olan kluba yiyəlik edə bilməz. "Reyncers” komandası isə gələn mövsümdən etibarən Şotlandiyanın əsas liqasına yüksəlmə potensialına malikdir. Məhz bununla əlaqədar olaraq Mayk Eşli "Nyukasl”dan imtina edib.
Qeyd edək ki, 1892-ci ildə əsası qoyulan "Nyukasl” klubu 230 milyon avrodur.