Bu gün futzal üzrə Azərbaycan çempionu "Araz” UEFA kubokunun əsas mərhələsində VIII qrupun ikinci tur matçına çıxacaq. 
Sportnet.az-ın məlumatına görə, rəqib Maltanın "Sent Endryus” komandası olacaq. 
Rumıniyada təşkil olunan qrupun ilk turunda "Araz" Bosniya və Herseqovina "Mostar"ına 5:2 hesabı ilə qalib gəlib. "Sent Endryus" isə eyni hesabla yerli "Deva"ya uduzub. 
12 oktyabr 
UEFA kuboku, əsas mərhələ
VIII qrup
II tur
17:30. "Sent Endryus” (Malta) – "Araz” (Azərbaycan)
20:00. "Deva" (Rumıniya) - "Mostar" (Bosniya və Herseqovina)









                 





    
    
    
    
    
    
    
    
    






















































