"Azərbaycanlı mütəxəssislərin futbola baxışı dəyişməlidir. Daha doğru analiz aparmaq lazımdır".
Sportnet.az-ın məlumatına görə, bunu "Qarabağ"ın kapitanı Rəşad Sadıqov deyib. 35 yaşlı müdafiəçi bildirib ki, kənardan baxıb, danışmaq asandır.
Sadıqov İtaliya "Roma"sı ilə Çempionlar Liqasının qrup mərhələsinin II tur matçında Edin Cekoya mane ola bilməməsinin səbəbini də açıqlayıb: "Edin Cekonu "ikinci mərtəbə"də saxlaya bilsəydim, "Qarabağ"da deyil, "Mançester Siti"də oynayardım. "Atletiko" və "Roma"dan xal götürmək asan olmayacaq. Amma əlimizdən gələni edəcəyik ki, layiqli mübarizə aparaq".
Qeyd edək ki, Rəşad Sadıqov Çexiya ilə 2018-ci il dünya çempionatının seçmə qrup matçından sonra Azərbaycan yığması ilə vidalaşıb.