"Qarabağ” komandasının futbol üzrə Çempionlar Liqasınının (ÇL) II turu çərçivəsində İspaniya təmsilçisi "Atletiko”ya qarşı keçirəcəyi oyunu idarə edəcək fransalı referi Ruddi Buke ikinci dəfə Bakıda fit çalacaq.
Sportnet.az xəbər verir ki, 40 yaşlı baş hakim daha əvvəl Azərbaycan milli komandasının 2016-cı il Avropa çempionatının seçmə mərhələsində Xorvatiya yığması ilə Bakı Olimpiya Stadionunda baş tutan görüşdə iş başında olub.
R.Buke 3 sentyabr 2015-ci ildə keçirilən və 0:0 hesabı ilə nəticələnən matçda azərbaycanlı futbolçular - Kamran Ağayevlə Ruslan Qurbanovu, eləcə də "Qarabağ”ın yarımmüdafiəçisi Qara Qarayevi sarı vərəqə ilə cəzalandırıb. O, Xorvatiyanın eyni sayda oyunçusuna "sarı” götsərib.
Qeyd edək ki, R.Buke ÇL-in I turunda İngiltərə təmsilçisi "Mançester Yunayted”in evdə İsveçrənin "Bazel” komandasını 3:0 hesabı ilə məğlub etdiyi qarşılaşmada baş hakim olub.