
Çempionlar Liqasının III tur matçında "Qarabağ"la üz-üzə gələcək İspaniyanın "Atletiko" klubu Bakıya gəlib. Sportnet.az-ın məlumatına görə, AZAL-a məxsus, çarter reyslə uçan təyyarə saat 22:00 radələrində Heydər Əliyev Beynəlxalq Hava Limanında eniş edib.
Hava limanında madridliləri bir qrup azərbaycanlı azarkeş qarşılayıb. Onlar futbolçularla fotolar çəkdiriblər.
Daha sonra "Atletiko" avtobusla "Marriott" otelə doğru hərəkət edib.
Qeyd edək ki, oktyabrın 18-də Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ" - "Atletiko" matçı saat 20:00-da başlanacaq.