Bu gün "Qarabağ” komandası UEFA Gənclər Liqasında növbəti oyununu keçirib.
Sportnet.az xəbər verir ki, Ağdam təmsilçisi III tur çərçivəsində İspaniya "Atletiko”sunu qəbul edib.
İngiltərədə baş tutan ilk matçda "Çelsi”yə 0:5, ardınca Bakıda İtaliyanın "Roma” komandasına 0:3 hesabı ilə uduzan Azərbaycan çempionu bu görüşdə də məğlubiyyətlə üzləşib - 1:5.
Qeyd edək ki, "Qarabağ”ı bu matça baş məşqçi Rəşad Sadıqov deyil, köməkçisi Aftandil Hacıyev çıxarıb. Buna səbəb Ağdam təmsilçisinin əsas komandasının kapitanının Çempionlar Liqasında "Atletiko” ilə matça hazırlaşmasıdır.
Gənclər Liqası
Qrup mərhələsi, III tur
18 oktyabr
14:00. "Qarabağ” (Azərbaycan) – "Atletiko” (Madrid, İspaniya) - 1:5
Qollar: Yaroslav Deda, 18 - Karlos İsaak, 8. Oskar Klemente, 37. Toni Moya, 44. Aytor Punyal, 69. Alberto Salido, 88
Baş hakim: Vitali Meşkov
Yan xətt hakimləri: Aleksey Lunyov, Nikolay Boqaç (hamısı Rusiya)
Dördüncü hakim: Rauf Cabbarov (Azərbaycan)
UEFA nümayəndəsi: Tamar Çiçinadze (Gürcüstan)
Hakim-inspektor: Asim Xudiyev (Azərbaycan)
Bakı. "Qarabağ” stadionu
Qarabağ: 40. Məmməd Hüseynov,
3. Turan
Manafov,
18. Süleyman Əhmədov,
24. Yaroslav Deda,
31.
Oliver Stoymenovski,
39. Zaur Fərzəliyev (kap.),
47. Əsgər Hüseynov, 49. İbrahim Əliyev,
51. Elçin Əsədov,
60. Pilağa Mehdiyev,
70. Misir
Rüstəmov
Ehtiyat oyunçular: 63. Rəhim Rəhimli,
26. Rahid
Ağazadə,
27. Ülvi İbrahimov,
36. Əli Əliyev,
38. Famin Əliyev,
43. Davud
Mahmudov,
54. İbrahim Hüseynov
Baş məşqçi: Rəşad Sadıqov
"Atletiko": 1. Aleks Dos Santos, 2. Karlos İsaak, 3. Fernando Qastanyaqa, 4. Aytor Punyal (kap.)
5. Fransisko Montero, 7. Salomon, 8. Toni Moya, 9. Covanni Navarro, 10. Oskar Klemente, 11. Xuan Aqüero, 14. Ferreras Qarsia
Ehtiyat oyunçular: 13. Alexandro Herrera Linares, 6. Mikel Karro, 12. Xose Karlos Aliaqa, 15. Xoakin Munyoz, 16. Rodriqo Rikelme, 17. Endi, 18. Alberto Salido
Baş məşqçi: Manuel Kano Martin