Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında IX turun daha iki oyunu keçiriləcək.
Sportnet.az xəbər verir ki, matçlardan biri Gəncədə, digəri isə Sumqayıtda baş tutacaq.
Hazırda 4 xalla sonuncu pillədə qərarlaşan "Kəpəz” cari mövsümdə ilk dəfə rəqibini Gəncə şəhər stadionunda qəbul edəcək. Arenanın ot örtüyü yeniləndiyi üçün doğma publikadan uzaq düşən "sarı-göylər” dirçəlməkdə olan "Neftçi” ilə üz-üzə gələcək.
Ardıcıl 2 oyundur qələbə qazanan qonaqlar ilk dövrədə gəncəlilərlə qolsuz heç-heçə edib. Səkkiz turdan sonra 7 xalla 6-cı pillədə yer alan "Neftçi” son 4 oyunda "Kəpəz”i üstələyə biləməmklə yanaşı qol da vurmağı bacarmayıb. Son iki ev oyununda qalib gələn meydan sahibləri son 4 qarşılaşmada qonaqların qapısına yol tapıb.
Gəncədəki görüş "Kəpəz”lə "Neftçi”nin 49-cu dueli olacaq. İndiyə qədər çempionat oyunlarından 18-də "sarı-göylər”, 21-də isə "ağ-qaralar” 3 xal əldə edib.
Topladığı 18 xalla lider "Qarabağ”ın ən yaxın izləyicisi olan "Zirə” məğlubedilməz statusunu Sumqayıtda qorumağa çalışacaq. Qəsəbə təmsilçisinin futbolçuları "Sumqayıt”la ilk dövrədəki oyunda 4 qol vurub, 3:1 hesabı ilə qalib gəliblər. Vüsal İsgəndərlinin dubl etdiyi, Riçard Qadzenin bir qol vurduğu matçda Jozef Bum öz qapısını nişan alıb.
Hazırda 10 xalla 4-cü yerdə olan "Sumqayıt” evdəki son 2 matçda "Zirə”yə uduzmasada qonaqlar son 3 qarşılaşmada meydanı qolsuz və xalsız tərk etməyiblər. Bu kollektivlər arasında indiyədək keçirilən 9 oyundan 2-də "Sumqayıt”, 5-də "Zirə” qalib gəlib.
Azərbaycan Premyer Liqası
IX tur
21 oktyabr (şənbə)
15:00. "Kəpəz” – "Neftçi” - 0:1
Qol: Ruslan Abışov, 41
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Orxan Məmmədov
AFFA nümayəndəsi: Namiq Məstanov
Hakim-inspektor: Xaqani Məmmədov
Gəncə şəhər stadionu
17:00. "Sumqayıt” – "Zirə” - 2:1
Qollar: Amil Yunanov, 38. Vurğun Hüseynov, 83 - Sadio Tounkara, 4
Hakimlər: İnqilab Məmmədov, Mehman Mahmudov, Vaqif Musayev, Rəvan Həmzəzadə
AFFA nümayəndəsi: Elçin Məmmədov
Hakim-inspektor: Murad Məmmədov
"Kapital Bank Arena”