Lisenziyalaşdırma qrupunun Topaz Premyer Liqası və l Divizionda çıxış edən klub nümayəndələri üçün iclası keçiriləcək.
Sportnet.az xəbər verir ki, Oktyabrın 25-də AFFA-nın İnzibati binasında baş tutacaq mərasim 10:30-da start götürəcək.
İclas aşağıda göstərilmiş mövzuları əhatə edəcək:
2018-19-cu il Lisenziyalaşdırma mövsümünün açılışı
Paket sənədlərin, yeni (Buraxılış 2017) Lisenziyalaşdırma üzrə qaydaların təqdim olunması, qaydalarda baş vermiş dəyişikliklərlə bağlı məlumat
Ötən mövsümün icmalı
Lisenziyalaşdırma qrupunun mövsüm ərzində planlaşdırılmış tədbirlər haqda məlumatı