
"Məqsədim odur ki, "Neftçi"də uğurlu çıxış eleyim və milli komandada yenidən əsas heyətdə oynayım".
Sportnet.az-ın məlumatına görə bunu "Neftçi"nin futbolçusu Ruslan Abışov jurnalistlərə açıqlamasında deyib.
O, millidəki çıxışına da toxunub: "Millidəki oyunum mənim yaxşı oynamağıma çox köməklik etdi. Mənə biraz gec şans verildi. Əsas odur ki, oynadım. Mənim üzərimdə böyük təziq var idi. Rəşadın yoxluğunda sonra çoxları fikirləşirdi ki, Ruslan necə çıxış edəcək? Mən öz oyunumu yaxşı qiymətləndirməzdim. Daha yaxşı çıxış edə bilərdim. Əsas odu ki, öz üzərimdə çalışım. İnşallah, daha yaxşı oynamağa gücüm çatar. Reşadın yoxluğu hamımız üçün böyük itkidir. Mən də istəməzdim o karyerasın qurtarsın. Futbolçu həyatı eledir ki, nə vaxtsa qurtarmalıdı. Əlbəttə mən də özümə inanıram, millidə 50-ə yaxın oyun oynamışam. Əsas odu ki, baş məşqçi mənə güvənsin və əsas heyətdə şans versin. Məndə onun etimadını doğrultmağa çalışacağam".
Təcrübəli futbolçu "Kəpəz"ə vurduğu qolla bağlı da fikirlərini bölüşüb: "Komanda 3 oyun ardıcıl qələbə qazanır. Özümüzə inam gəlib. Növbəti tur "Sumqayıt"nan çətin oyun var. Turnir cədvəlində vəzyətimiz yaxşı deyildi. Qışa kimi maksimum xal yığmalıyıq. Vəziyyətimizi daha da yaxşılaşdırmalıyıq. Yanvar hazırlığından sonra komanda daha yaxşı olacaq. Tərlan müəllim komandaya gələndə ona öz yerimdə oynamaq istədiyimi dedim. Buda futbolçu kimi inkişaf elemeyimə çox kömək edəcək. Bundan sonra öz mövqeyimda daha yaxşı çıxış eləməyə çalışacam".