Oktyabrın 18-də Çempionlar Liqasının qrup mərhələsinin III turunda Bakıda "Qarabağ”la qolsuz heç-heçə başa çatan görüşdə zədə üzündən "Atletiko”ya kömək edə bilməyən Koke sıraya dönüb.
Sportnet.az xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi komandanın bu gün baş tutan məşqində iştirak edib. Koke fizioterapevtin nəzarəti altında hazırlıq prosesinə qatılsa da, topla da işləyib.
Qeyd edək ki, Koke "Qarabağ”dan sonra oktybarın 22-də La Liqada "Selta” ilə səfər matçında (0:1), eləcə də İspaniya kubokunda "Elçe” ilə rəqib meydanındakı görüşdə iştirak edə bilməyib (0:0).