Türkiyəli hakim Cüneyt Çakır daha bir mühüm oyuna təyinat alıb.
Sportnet.az-ın məlumatına görə, o, Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunda keçiriləcək "Tottenhem” – "Real Madrid” matçının baş hakimi olacaq. C. Çakıra Bahattin Duran və Tarık Ongun köməklik edəcək. Dördüncü hakim funksiyasını Əmrə Eyisoy yerinə yetirəcək.
Qeyd edək ki, görüş noyabrın 1-i Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.








































































