"Qarabağ"ın futbolçusu Miçel karyerasında ikinci dəfə İspaniya "Atletiko"sunu məyus edib. Sportnet.az-ın məlumatına görə, 32 yaşlı yarımmüdafiəçi rəqib komandaya ilk qolunu "Xetafe"də çıxış etdiyi vaxt vurub.
Bu, 2011-2012 mövsümündə XI tura təsadüf edib. İspaniyalı oyunçu komandasının 3:2 hesabı ilə qalib gəldiyi görüşün 48-ci dəqiqəsində ikinci qolun müəllifi olub. Həmin görüşdə "Xetafe" 28-ci dəqiqədən sonra azlıqda qalıb.
Qeyd edək ki, Miçel "Atletiko"ya növbəti qolunu bu gün "Qarabağ"ın heyətində Çempionlar Liqasınn IV tur matçının 40-cı dəqiqəsində vurub.