"Roma" komandası İtaliya A Seriyasında XII tur matçına çıxıb. Sportnet.az-ın məlumatına görə, paytaxt təmsilçisi səfərdə "Fiorentina" ilə üz-üzə gəlib.
Görüş qonaqların qələbəsi ilə yekunlaşıb - 4:2. Hesabı 5-ci dəqiqədə "Roma"nın yarımmüdafiəçisi Jerson açıb. 4 dəqiqə sonra "bənövşəyilər"in orta sahə oyunçusu Jordan Veretu bərabərlik qolunu vurub. 30-cu dəqiqədə Jerson "dubl" etsə də, 39-cu dəqiqədə Covanni Simeone yenidən hesabda tarazlıq yaradıb. Fasilədən sonra qonaqlar fəallaşaraq, daha 2 qol vurublar. 50-ci dəqiqədə Kostas Manolas, 87-ci dəqiqədə Dieqo Perotti fərqlənib.
Bu qələbə sayəsində "Roma" xallarını 27-yə çatdırsa da, elə 5-ci pillədə qalıb. "Fiorentina" isə 16 xalla 9-cudur.
Qeyd edək ki, bu komandalar "Qarabağ"ın Çempionlar Liqası və Avropa Liqasında hazırkı və ötən mövsümlərdə qrup mərhələsində rəqibləridir.









































































