1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Qarabağ"a vurulan qol ilk "3-lük"də
İspaniyanın "Atletiko" klubunun futbolçusu Tomas Parteyin Madriddə "Qarabağ"ın qapısından keçirdiyi top Çempionlar Liqasında IV turun ən yaxşı 3-cü qolu sayılıb.
Sportnet.az-ın UEFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, qanalı hücumçu 17 faiz səs toplayıb. Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
İtaliyanın "Roma" və İngiltərənin "Çelsi" komandaları arasında C qrupunun digər oyununda vurulmuş qol isə ən çox səsə layiq görülüb. Meydan sahiblərinin futbolçusu Stefan Əl-Şaravinin qolu 31 faiz səs yığıb. Bu matçda "Roma" 3:0 hesablı qələbə qazanıb.
İkinci yer Belçika "Anderlext"ini məyus edən Fransa PSJ-sinin hücumçusu Neymara qismət olub. Görüş PSJ-nin qələbəsi ilə yekunlaşıb - 5:0.