Argentina millisinin futbolçusu Lionel Messi heyətin müəyyənləşdirilməsində komandanın baş məşqçisi Xorxe Sampaoliyə məsləhət verməsi ilə bağlı iddiaları rədd edib.
Sportnet.az xəbər verir ki, 30 yaşlı hücumçu "TyC Sports”a açıqlamasında Argentina yığmasını idarə etmədiyini söyləyib. Cənubi Amerika təmsilçisinin və İspaniyanın "Barselona” komandasının lideri bu barədə deyilənlərin doğru olmadığını bildirib: "Heç vaxt start heyəti üçün oyunçu seçməmişəm. Həmçinin, yığmaya kimlərin çağırılmalı olduğunu söyləməmişəm”.
Qeyd edək ki, Lionel Messi hazırda Moskvadadır. Argentina millisi noyabrın 11-də Rusiya yığması ilə yoldaşlıq oyunu keçirəcək.