Azərbaycan I Divizionunda VII turun son 3 görüşü keçirilib. Sportnet.az-ın məlumatına görə, ilk oyun günü ilə müqayisədə bu dəfə daha az qol qeydə alınıb.
"Turan Tovuz" səfərdə "Binə"ni, "Şüvəlan" isə "Zaqatala"nı minimal hesabla yenib. Lider "Qaradağ Lökbatan" isə debütant "Xəzər"in qapısından 2 cavabsız top keçirib.
Azərbaycan I Divizionu, VII tur
8 noyabr
"Binə” - "Turan Tovuz” - 0:1
Qol: Elnur Səmədov, 90+4
"Qaradağ Lökbatan” - "Xəzər” - 2:0
Qollar: Emin Mustafayev, 46. Sabir Allahquliyev, 51
"Zaqatala” - "Şüvəlan” - 0:1
Qol: Nuqzar Kvirtiya, 23
7 noyabr
MOİK – "Mil-Muğan” - 4:0
Qollar: İsmayıl İbrahimli, 27. Kamil Nurəhmədov, 67. Bəhruz Teymurov, 90+1; 90+2
"Sabah” - "Ağsu” - 3:2
Qollar: Şirməmməd Məmmədov; 23. İlqar Ələkbərov, 59. Məhəmməd Alıyev; 65 - Qeyrət Əliyev, 56-öz qapısına. Təmraz Əmircanov, 90+2









































































