1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Pedro Enrike işi təxirə salındı
UEFA Çempionlar Liqasının IV turunda İspaniyada "Atletiko” ilə görüş zamanı qırmızı vərəqə alan "Qarabağ"ın futbolçusu Pedro Enrike ilə bağlı məsələyə dair iclasını təxirə salıb.
Sportnet.az-ın məlumatına görə, bu barədə qitə futbol qurumunun mətbuat xidmətindən "Report”a açıqlama verilib. Bildirilir ki, UEFA İntizam Komitəsinin noyabrın 10-a təyin edilmiş iclasının noyabrın 16-na keçirilib. Təxirəsalmanın səbəbi açıqlanmır.
Qeyd edək ki, Madriddə keçirilmiş oyunun 59-cu dəqiqəsində meydan sahiblərinin müdafiəçisi Dieqo Qodinin sifətinə ayaqla zərbə endirdiyi üçün birbaşa qırmızı vərəqə alan braziliyalı yarımmüdafiəçinin cəzası ən azı bir oyun olacaq. Lakin UEFA Pedro Enrike ilə bağlı yekun qərarı İntizam Komitəsinin verəcəyini açıqlayıb. 1:1 hesabı ilə yekunlaşan matçda meydan sahiblərinin futbolçusu Stefan Saviç də qırmızı vərəqə alıb Lakin o, 88-ci dəqiqədə ikinci "sarı” ilə komandasını azlıqda qoyub.