1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Korrupsiyada ittiham olundu, özünü qatarın altına atdı
Argentinalı futbol məmuru Xorxe Delqon intihar edib.
Sportnet.az "The Malay Mail Online” nəşrinə istinadən xəbər verir ki, "FİFA işi" ilə əlaqədar korrupsiyada ittiham edildiyini öyrənən funksioner özünü qatarın altına atıb.
Bildirilir ki, Delqon və başqa bir mütəxəssis "Futbol hamı üçün” proqramı çərçivəsində matçların yayım hüququnun verilməsi ilə əlaqədar 1 milyon dollar rüşvət alıblar. Hər iki şəxs oyunların Argentinada yayımlanmasına cavabdehlik daşıyıblar.
Argentinalı iş adamı Alexandro Bursako ABŞ Federal Məhkəməsində verdiyi ifadədə bu prosesi ətraflı təsvir edb. Bursako öz şirkətinin böyük turnirlərin yayım hüququnun təmin olunması üçün Cənubi Amerika Futbol Konfederasiyasının məmurlarına 10 il müddətində necə rüşvət verməsini ətraflı təsvir edib. Bursako 2015-ci ilin noyabrında günahını etiraf edərək, özünü dələduzluqa və çirkli pulların yuyulmasında təqsirli sayıb. O, FİFA-dakı koruppsiya qalmaqalında adı hallanan 42 şəxsdən biridir.
Yaxın vaxtlarda Braziliya Fudbol Konfederasiyasının sabiq prezidenti Xose Mariya Marin, FİFA-nın sabiq vitse-prezidenti Xuan Anxel Naput və Peru Futbol Federasiyasının sabiq rəhbəri Manuel Braqa da məhkəmə önünə çıxarılacaqlar.