Türkiyənin "Fənərbağça" klubu Superliqanın növbəti turunda "Sivasspor"la qarşılaşmaya itkilərlə çıxacaq.
Sportnet.az-ın məlutına görə, İstanbul klubu Matye Valbuena və Maurisio İslanın xidmətində yararlana bilməyəcək.
Fransalı yarımmüdafiəçi yalnız topla olan məşqlərdə iştirak edib. İsla isə komandadan ayrı çalışıb. Hər iki futbolçunun "Sivasspor"la matçda iştirak etməyəcəyi dəqiqləşib.