Topaz Premyer Liqasının 12-ci turunda evdə "Sumqayıt”ı 2:0 hesabı ilə məğlub edən "Qarabağ”ın futbolçu Maksim Medvedev jurnalistlərin suallarını cavablandırıb.
Sportnet.az xəbər verir ki, o, öncə oyunla bağlı fikirlərini bildirib:
- Uzun fasilədən sonra oyuna hazırlaşmaq biraz çətin olur. Oyun praktikası aşağı düşür. Març başlayandan öz oyunumuzu tapmaq istəyirdik. Bəzi şeylər alınmadı. Bunu özümüz də başa düşürdük. Matçın gedişində qapıçımız qırmızı kart aldı. İşimiz daha da çətinləşdi. Çalışdıq daha dəqiq və ciddi oynayaq. 2 dəqiqə sonra qol vura bildik. Müdafiədə daha da təmiz oynamağa və hesabı əldən verməməyə çalışdıq. Elə də alınırdı. Diqqətli oyun sərgiləyirdik. Hücuma getməyə də vaxt tapırdıq. 2-ci qolu da vura bildik. Hətta 3-cü qol şansı da oldu. Mahir vura bilmədi. Futboldur. Hər şeyə hazırıq. Hər oyunda qırmızı kart alırıq.
- Komandanın hər oyun qırmızı kart almağı nə ilə bağlıdır?
- "Atletiko Madrid”lə matçlarda özünüzdə gördüz. Pedro oyunçunu görmürdü. O hərəkəti qəsdən etmədi. Üzünə udar oldu. Ona görə də qırmızı kart aldı. Bu normaldır. "Səbail”lə matçda Ansi Aqollinin qeyri futbol hərəkəti oldu. Bu günkü epizoda da baxsaq ola bilsin sifətinə udar olmadı. Amma hərəkət olduğu an hakim kart verməyə məcbur oldu. Qırmızı kart aldıq. Fikirləşmirəm ki, kimsə narazı olacaq. Mənim fikrimcə haqqına verildi.
- "Çelsi” ilə matç barədə nə deyə bilərsən? Bu oyunda nəticə qazana bilərikmi? Real görsənirmi?
- Bugünkü oyun artıq göstərdi ki, biz ciddi hazırlaşırıq. Bu stadionu da ona görə seçmişik. "Çelsi”yə qarşı ilk matçımız uğursuz oldu. Çalışacağıq evdə yaxşı çıxış edək. "Çelsi”nin səviyyəsi bizdən daha çoxdur. Futboldur. Hər şey ola bilər. "Atletiko” ilə matçlarda da bizə inanmayanlar var idi. Biz isə iki heç-heçə etdik.”Çelsi” ilə matçda daha yaxşı çıxış edə bilərik. Baş məşqçinin bütün tapşırıqlarını yerinə yetirsək, onlardan xal ala bilərik.
- İlk oyundakı 6:0-lıq məğlubiyyəti fikirləşəndə komanda psixoloji cəhətdən sıxıntı yaşamır?
- Əlbəttə olur. Hamımız xatırlayırıq həmin görüşü. Necə oyun olub? Nə problemlərimiz olub? Çalışacağıq həmin səhvləri aradan qaldıraq.
Atmosfer də tam fərqli olacaq...
Məncə burda da atmosfer eyni olacaq. Burda da böyük stadionda oynayacağıq. Burda sadəcə olaraq bizim azarkeşlər olacaq. Daha inamlı çıxış edəcəyik. Birinci oyunda təcrübəsizliyin qurbanı olduq. Adlı – sanlı futbolçulara qarşı oynamaq bizi biraz sıxdı. Amma burda bilirik "Çelsi” necə komandadı. Biraz da təcrübə yığdıq. İnanıram ki, daha fərqli oyun olacaq.
- "Qarabağ” ən çox ingilis klubları ilə qarşılaşmalarda çətinlik çəkib. Bunun səbəbi nədir?
- Dünyanın ən güclü liqası İngiltərədədir. İspaniya, Almaniya və İtaliyadır. İngiltərədə hər tərəfli futboldur. Texniki və fiziki cəhətdən çox yaxşıdırlar. Oyunçuları da yüksək səviyyədədir. İngiltərə klublarının adın edişəndə biraz həyacanlanırıq. Ona görə bəzi şeylər alınmır. "Tottenhem”lə matçlarda da eyni şey oldu. Hər gün "Çelsi” kimi komandalara qarşı oynasaydıq, işimiz asan olardı. Amma bizdə balans pozulub. Azərbaycan klubları ilə oynayırıq. Sonra isə "Çelsi” ilə. Qeyri-stabillik bizə problem yaradır.
- Fiziki hazırlıq burda rol oynayırmı? İngəltərə klubları adətən güclü olurlar.
- Tam razıyam. Çünki İngiltərə klubları yüksək səviyyədə oyunlar keçirdirlər. Təcrübə əldə edirlər. Bizdə isə oyun tempini tutmaq olmur. Biz "Çelsi”yə qarşı hər dəfə yaxşı oynamağa hazır deyilik.
- Pedrosuz oynayacaqsız. Bu sizə nə dərəcədə çətinlik yarada bilər?
- Pedronunn əvəzinə hansı futbolçu oynayacaqsa, komandaya maksimum kömək etməyə çalışacaq. "Qarabağ”da belə problem olmamalıdır. Hamımız eyni futbolçularıq. Pedronun yerinə kim oynasa, çalışacaq ki, onun yoxluğunu hiss etdirməsin. Biz də istəyərdik ki, Pedro da oynasın. Təcrübəli futbolçudur. Böyük klublara qarşı oynayıb. "Qarabağ” üçün bu bir itkidir. İnanıram ki, onun əvəzinə kim oynasa, yaxşı çıxış edəcək.