
İspaniya çempionatının XII turu "Atletiko" və "Real Madrid" arasında paytaxt derbisi ilə əlamətdar olub. Sportnet.az-ın məlumatına görə, "Metropolitano" stadionunda keçirilən qarşılaşma qolsuz yekunlaşıb.
Tərəflərin səylərinə baxmayaraq, qalib müəyyənləşməyib. Bununla da "Real Madrid"lə "Atletiko" xallarını 24-ə çatdırsalar da, elə 3-4-cü pillələrdə qalıblar.
Qeyd edək ki, "Atletiko" Çempionlar Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqiblərindəndir. Bu iki komanda arasındakı görüşlər də 1:1 və 0:0 hesablı heç-heçə ilə başa çatıb.