Çempionlar Liqasının qrup mərhələsinin V turunun açılış qarşılaşmasında "Porto" ilə qarşılaşan "Beşiktaş" klubu ciddi itki ilə üzləşib.
Sportnet.az-ın məlumatına görə, komandanın aparıcı futbolçularından sayılan Dusko Tosiç zədələnib. Serbiyalı futbolçu fasilədən sonra əvəzlənərək yerini Qari Medelə buraxıb.
Müdafiəçinin həyat yoldaşı Jelena futbolçunun zədələndiyini sosyal şəbəkədə izləyiciləri ilə bölüşüb. O, "Dusko zədələndi, Uğurlar "Beşiktaş". Bu matçı qazanmalıq" yazıb.