Çempionlar Liqasında 5-ci turunda doğma meydanda "Porto" ilə qarşılaşan "Beşiktaş" klubu qrupdan çıxmaqla rekorda imza atıb.
Sportnet.az-ın məlumatına görə, İstanbul klubunun G qrupunu birinci pillədə bitirəcəyi dəqiqləşib. Bu vaxta qədər Türkiyə klublarından heç biri Çempionlar Liqasında qrupunu lider olaraq bitirməyib.
Qeyd edək ki, "Beşiktaş" klubu turnirdə keçirdiyi 5 görüşün heç birində məğlub olmayıb. Komanda bu oyunlarda 3 qələbə və 2 heç-heçə əldə edib.







































































